RU
İrəvanda metro işçiləri tətil edir
11:00
102

İrəvanda metro işçiləri tətil edir

Ermənistanın paytaxtı İrəvanda Karen Dəmirçyan metropoliteninin bütün stansiyalarının işçiləri tətil edir.

7News.Az "Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə metropolitenin feysbuk səhifəsində bildirilib.

Məlumata görə, maşinistlər əməkhaqlarının artırılmasını tələb edir. Bildirilib ki, hazırda metropolitenin rəhbərliyi onlarla danışıq aparır.

Qeyd edək ki, uzunluğu 12 km-dən artıq olan İrəvandakı metropoliten 10 stansiyadan ibarətdir. Metropolitenin 45 vaqonu var, onlardan 33-ü istismar olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ