RU
İrəvanda yenidən etiraz aksiyası keçirilir - VİDEO
18:40
154

İrəvanda yenidən etiraz aksiyası keçirilir - VİDEO

Ermənistanın paytaxtı İrəvanın mərkəzində növbəti dəfə etiraz aksiyası keçirilir.

7NEWS.Az "TASS”a istinadən xəbər verir ki, bugünkü aksiyada ölkənin müxalif "Ermənistan” və "Şərəfim var” parlament bloklarının minə yaxın tərəfdarı iştirak edir.
Aksiya iştirakçıları məhkəmə instansiyaları və Baş Prokurorluğun müxalifət nümayəndələrinin müxtəlif maddələrlə həbsi barədə qərarlarına etiraz edirlər.

Hazırda etirazçı kütlə Baş Prokurorluğun binasına doğru hərəkət edir. Polis aksiya keçirilən ərazidə gücləndirilmiş xidmət aparır.

Qeyd edək ki, Ermənistanda 10-a yaxın müxalifət nümayəndəsi hazırda müxtəlif ittihamlar üzrə həbsdədirlər.


 

 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ