Türkiyəli iş adamı Əli Ağaoğlunun xaricə külli miqdarda xarici valyuta daşımaq istəməsi barədə iddialar yayılıb.
7NEWS.Az axar.az-a istinadla xəbər verir ki, iddialara görə, iş adamının içi dollarla dolu olan özəl təyyarəsinin ölkədən çıxmasına F-16 qırıcısı imkan verməyib.
Yayılan iddialara cavab verən iş adamı xəbərləri təkzib edib. O bildirib ki, iddiaların əsası yoxdur.
İş adamı özəl təyyarəsinin və xaricdə mülkinin olmadığını bəyan edib.
7NEWS.Az








