RU
lombard
İşdən çıxarılan prokurorlar kimlərin qohumudur
10:34
547

İşdən çıxarılan prokurorlar kimlərin qohumudur

Baş prokuror Kamran Əliyevin əmri ilə Azərbaycanda 5 rayonun prokuroru vəzifədən azad edilib. Təqaüdə göndərilənlər Xətai rayon prokuroru Yusif İldırımzadə, Sabunçu rayon prokuroru Ceyhun Şirinov, Nəsimi rayon prokuroru Salman Məmmədli, Qəbələ rayon prokuroru Məqsəd Orucov və Yevlax rayon prokuroru Elxan Pənahovdur.

 "Qafqazinfo" işdən çıxarılan prokurorların qohumluq əlaqələrini araşdırıb.

Belə ki, uzun illərdir Xətai rayon prokuroru vəzifəsini daşıyan Yusif İldırımzadə sabiq Daxili İşlər naziri, Təhlükəsizik Şurasının katibi Ramil Usubovun qudasıdır. O, eyni zamanda bağlanan "AmrahBank"ın rəhbəri Yunis İldırımzadənin qardaşıdır. 

Maraq üçün bildirək ki,  Yusif İldırımzadə 2007-ci ildən Xətainin prokuroru idi.

Nəsimi rayon prokuroru vəzifəsindən azad edilən Salman Məmmədli Ali Məhkəmənin sədri Ramiz Rzayevin xalası oğludur. Maraq üçün bildirək ki, o, bu posta 2012-ci ildə təyin edilmişdi. S.Məmmədli Nəsimi rayonundan öncə Ağsunun prokuroru olub.


Yevlaxın təqaüdə göndərilən prokuroru Elxan Pənahov isə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun qardaşıdır. Elxan Pənahov daha öncə Salyanın prokuroru olub. O, Yevlaxa 2011-ci ildə təyinat almışdı.

Onu da qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, rayon və şəhər prokurorları Baş prokurorun əmri ilə 5 illik müddətə təyin olunurlar. 

Əlavə edək ki, Baş prokuror Kamran Əliyevin 5 rayonun prokurorunu təqaüdə göndərməsiylə bağlı xəbəri ilk olaraq Sabah.az saytı yazmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ