RU
İspaniya Latviyaya 100 əsgər və zenit-raket kompleksləri göndərəcək
10:00
156

İspaniya Latviyaya 100 əsgər və zenit-raket kompleksləri göndərəcək

İspaniya NATO-nun Baltikyanı regionda mövcudluğunun artırılması çərçivəsində Latviyada əlavə 100 hərbçi və NASAMS tipli mobil zenit-raket kompleksləri yerləşdirməyi planlaşdırır.

7NEWS.Az xəbər verir ki, bu barədə "El Pais” qəzeti məlumat yayıb.

Müdafiə Nazirliyi bildirib ki, İspaniya Latviyada ya NASAMS tipli mobil zenit-raket kompleksləri, ya da Norveçin qabaqcıl yer-hava raket sistemi ilə təchiz olunmuş bateriyasını yerləşdirə bilər.

Artıq İspaniyanın 500-ə yaxın hərbi qulluqçu Baltikyanı regionda yerləşdirilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ