RU
İspaniya XİN: “Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”
15:00
720

İspaniya XİN: “Ukraynanın NATO-ya daxil olması məsələsinə baxılmır”

"Ukraynanın NATO-ya daxil olması ehtimalı nəzərdən keçirilmir”.

7NEWS.Az xəbər verir ki, bunu İspaniyanın xarici işlər naziri Xose Manuel Albares " "El Pais” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynanın Şimali Atlantika Müqaviləsi Təşkilatına(NATO) daxil olması heç vaxt danışıqlar masasında müzakirə olunmayıb, indi də müzakirə olunmur.

O, Ukrayna Prezidenti Volodimir Zelenskinin 28-30 iyun tarixlərində Madriddə keçiriləcək NATO sammitində yalnız videokonfrans formatında iştirak edəcəyini təsdiqləyib:

"Əgər o, gəlməyə qərar versəydi, təbii ki, biz də onu qucaqlayıb qarşılayardıq. Amma o, artıq videokonfrans formatında sammitdə iştirak edəcəyini bildirib”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ