RU
İspaniyada general Frankonun son heykəli sökülüb – FOTO
22:30
608

İspaniyada general Frankonun son heykəli sökülüb – FOTO

İspaniyada general Fransisko Frankonun son heykəli sökülüb.

"BBC News” xəbər verir ki, faşist diktatorun Melilla anklavında şəhər qapıları qarşısında ucaqldılımış abidəsi yerli sakinlər arasında keçirilən səsvermədən sonra ortadan qaldırılıb.

 

Melilla Məclisinin üzvü Elena Fernandez Trevino anklavdakı Franko heykəlinin sökülməsini "tarixi hadisə” adlandırıb.

Qeyd edək ki, abidənin sökülməsinə qarşı çıxanlar da olub. Belə ki, "Səs” partiyasının üzvləri 1978-ci ildə ucaldılmış heykəlin saxlanılması tərəfdarı olduqlarını bildiriblər. Onlar İspaniyanın 1920-ci illərdə Mərakeşdəki Bərbər tayfalarına qarşı vuruşduğu Rif Müharibəsi zamanı İspan Legionunun komandiri kimi Frankonun xidmətlərini xatırladıblar./oxu

 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ