RU
İspaniyada kralın toxunulmazlığı ləğv edilə bilər
13:10
250

İspaniyada kralın toxunulmazlığı ləğv edilə bilər

İspaniyanın Baş naziri Pedro Sançes kralın dövlətin konstitusiyasında təsbit edilmiş toxunulmazlıqdan məhrum edilməsi fikrini dəstəklədiyini ifadə edib.

İspaniya Baş nazirinin açıqlaması 2014-cü ildə taxtdan gedən kral I Xuan Karlosun bəzi cinayətlərdə iştirakı ilə bağlı istintaqın başlamasından sonraya təsadüf edib.

 

Bununla belə, Pedro Sançes lideri olduğu İspan Sosialist İşçi Partiyasının monarxiya institutu və dövlət modeli ilə bağlı müzakirələrə girməyi planlaşdırmadığını da vurğulayıb.

Mənbə: "RİA Novosti”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ