RU
İspaniyada meşə yanğınında azı 12 nəfər həlak olub
10:30
49

İspaniyada meşə yanğınında azı 12 nəfər həlak olub

İspaniyanın Almeriya əyalətində iyulun 9-da qeydə alınan meşə yanğını azı 12 nəfərin ölümünə səbəb olub.

Bu barədə məlumatı "El Pais" qəzeti yayıb.

Xəbərə görə, yanğının yaranma səbəbi kimi avtomagistralın kənarına qırılıb düşən elektrik kabeli göstərilir. Bunun ardınca od sürətlə meşəlik əraziyə yayılıb. Hazırda alovla mübarizə tədbirlərində təxminən 300 nəfərlik heyət iştirak edir. Onların sırasına xilasetmə xidmətlərinin əməkdaşları və fövqəladə hallar üzrə hərbi bölmənin nümayəndələri daxildirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ