RU
Niyə ağcaqanadlar bəzi insanları daha çox sancır?
12:40
33

Niyə ağcaqanadlar bəzi insanları daha çox sancır?

7News.az xəbər verir ki, mütəxəssislərin fikrincə, ağcaqanadlar insan seçərkən müxtəlif duyğu siqnallarına etibar edirlər. Bədən qoxusu, istilik yayılması və ifraz olunan karbon qazı əsas siqnallar arasındadır. Tədqiqatlar göstərir ki, hamiləliyin ikinci trimestrindəki qadınlar ağcaqanadların ən çox hədəf aldığı insanlar arasındadır. Məlum olub ki, bu şəxslər dəridəki yağlı təbəqə olan sebumun parçalanması nəticəsində daha yüksək səviyyədə müəyyən birləşmələr istehsal edirlər. Pivə istehlakının da ağcaqanadları cəlb etdiyi göstərilib. Digər tərəfdən, ağcaqanadların müəyyən qan qruplarına üstünlük verməsi barədə ümumi inanc elmi məlumatlarla dəstəklənmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ