İspaniya milli polisi terrorizmin təbliğatında və digər cinayətlərdə iştirakda şübhəli bilinən 11 nəfəri saxlayıb.
Bu barədə krallığın hüquq-mühafizə orqanlarının yaydığı press-relizdə deyilir.
Həbslər Melilla şəhərində və Qranadada həyata keçirilib.
Şübhəli şəxslərin İŞİD terror qruplaşmasının ideyalarını təbliğ etdikləri güman olunur./report
7NEWS.Az








