İspaniyadakı faciəvi qatar qəzası ilə bağlı ilkin texniki hesabat açıqlandı
7News.az xəbər verir ki, İspaniyada, Madrid-Sevilya xəttində hərəkət edən iki yüksək sürətli qatarın toqquşması nəticəsində 69 nəfər həyatını itirib, 170-dən çox insan isə xəsarət alıb. Faciə ilə əlaqədar ölkədə üç günlük milli matəm elan edilib. İlkin texniki hesabatda göstərilir ki, dayanmış qatara çırpılan AVE qatarı toqquşma anında saatda 160-200 kilometr sürətlə hərəkət edirmiş.