RU
İsrail Avroviziya qaydalarını pozdu - Xəbərdarlıq edildi
12:40
30

İsrail Avroviziya qaydalarını pozdu - Xəbərdarlıq edildi

Avropa Yayım Birliyi Avroviziyadan bir neçə gün əvvəl İsrailin dövlət televiziyası KAN-a rəsmi xəbərdarlıq edib.
 
Avroviziya direktoru Martin Qrin bildirib ki, İsrail təmsilçisi Noam Bettanın izləyiciləri İsrailə səs verməyə çağırdığı və sosial mediada yayımlanan videoları müsabiqə qaydalarını pozub.

Əsasən "X" sosial media platformasında videolar yayımlanıb və Bettan izləyiciləri İsrail üçün ilk yarımfinalda səs verməyə çağırıb.

AYB bu videoların müsabiqədən əvvəl qüvvəyə minən yeni reklam və təbliğat oluduğunu, bununla da qaydaları pozduğunu bildirib.
 
Martin Qrin bildirib ki, videolar aşkar edildikdən qısa müddət sonra İsrail nümayəndə heyəti ilə əlaqə saxlayıblar.

İsrail komandası videoların sənətçinin videoqrafları tərəfindən hazırlandığını və heç bir qanunsuz maliyyələşdirmə ilə əlaqəli olmadığını bildiriblər.

Videoların yayımı AYB-nin tələbi ilə dayandırılıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ