RU
Paşinyan Karapetyandan 6 milyon dram təzminat tələb etdi
14:30
25

Paşinyan Karapetyandan 6 milyon dram təzminat tələb etdi

Ermənistan hökumətinin rəhbəri Nikol Paşinyan Güclü Ermənistan Partiyasının sədri, Rusiyada fəaliyyət göstərən biznesmen Samvel Karapetyana qarşı məhkəmə iddiası qaldırıb. Baş nazir onun Çindən bir tona yaxın hallüsinogen göbələk gətirərək çıxışlardan öncə istifadə etməsi barədə səsləndirilən iddialara görə 6 milyon dram (təqribən 16 200 dollar) məbləğində təzminat istəyir.

Bu barədə Ermənistan KİV-də xəbərlər dərc olunub.

"Böhtan xarakterli məlumatlara görə, mənəvi ziyanın ödənilməsi məqsədilə cavabdehdən iddiaçının xeyrinə 6 milyon dram tutulsun", - deyə bəyanatda qeyd edilib.

Bununla yanaşı, Karapetyanın "YouTube" platformasında ən azı 200 min izləyicisi olan üç müxtəlif media kanalında canlı yayım vasitəsilə öz sözlərini təkzib etməsi tələb olunub.

Sənəddə, həmçinin vurğulanıb ki, "əgər qeyd edilən media subyektlərində təkzib yayımlamaq mümkün olmasa, bu prosedur eyni qaydalarla Karapetyanın partiyasına aid olan "YouTube" kanalı üzərindən icra edilməlidir".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ