Qantz bunu İsrail parlamentində 30 iyulda ölkəsinə məxsus gəmiyə hücumla bağlı məsələ haqqında çıxış edərkən deyib.
Biri İngilis, biri Rumıniya vətəndaşı olmaqla iki nəfər gəminin heyət üzvünün öldüyünü qeyd edən israilli nazir gəmiyə hücumda İranı ittiham edib.
"İranın bölgədə və dənizdə hücumları artmaqdadır. İran təkcə nüvə proqramı istiqamətində fəaliyyətini davam etdirmir, həm də sürətlə silahlanmaqla Yaxın Şərqdə təhlükıəsizliyə təhdid yaradır. Ona görə də təcili olaraq İrana qarşı hərəkətə keçməliyik” - Qantz deyib.
İranın təkcə İsrailə yox, bütün dünyaya təhlükə olduğunu vurğulayan nazir bunları deyib: "İsrail vətəndaşlarını qorumaq üçün ən müxtəlif maşınlara və seçənəklərə malikik. Bizə zərər vurmaq istəyənlərlə hesablaşacağıq”.
Qeyd edək ki, israilli iş adamının şirkətinə məxsus "M/T Mercer Street” gəmisi 30 iyulda Hind okenında hücuma məruz qalması nəticəsində 2 nəfər ölüb. İsrail bu məsələdə İranı günahkar bilsə də, Tehran bu xəbəri təkzib edib./olke.az
7NEWS.Az








