RU
İsrail Qasım Süleymaninin öldürülməsi ilə bağlı ilk dəfə açıqlama verib
21:10
370

İsrail Qasım Süleymaninin öldürülməsi ilə bağlı ilk dəfə açıqlama verib

İran İnqilab Keşikçiləri Korpusunun xüsusi "Qüds" qüvvələrinin sabiq komandiri, general Qasım Süleymaniyə sui-qəsdlə bağlı ilk dəfə İsraildən açıqlama verilib.

7NEWS.Az-ın "CNNTurk"ə istinadən xəbərinə görə, bu mövzuda İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri, general-mayor Tamir Hayman danışıb.
T. Hayman vəzifədə olduğu müddətdə bu qətli ölkəsinin iki mühüm uğurundan biri kimi qiymətləndirib.

"Rəhbərliyim dönəmində iki böyük uğur əldə etdik, onlardan ən önəmlisi Süleymaninin öldürülməsidir”, - deyə Tamir Hayman deyib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ