İsrail polisi və ŞABAK (Ümumi Təhlükəsizlik Xidməti) HƏMAS-a casusluq etməkdə şübhəli bilinən 9 nəfəri həbs edib.
7News.Az "Jerusalem post”a istinadən xəbər verir ki, bu barədə İsrail polisinin nümayəndəsi bildirib.
Məlumata görə, onlar HƏMAS-la daim təmasda olub, təlimat alıblar. İddia edilir ki, onlara Qüdsdə tapşırıqlarını yerinə yetirdikləri üçün təşkilat pul verib.
Bildirilib ki, onlar Şərqi Qüdsün sakinləridir.








