İsveç parlamenti ölkənin yeni Baş nazirini seçib.
7NEWS.Az "aftonbladet.se"yə istinadən xəbər verir ki, parlament İsveçin Mötədillər Partiyasının mühafizəkar lideri Ulf Kristerssonu yeni Baş nazir seçib.
Səsvermədə 176 deputat onun lehinə, 173 deputat isə əleyhinə səs verib.
Kristersson Sosial Demokratların lideri Maqdalena Anderssonu bu postda əvəz edəcək.
7NEWS.Az








