RU
İsveç “Şimal axını” qaz kəmərlərində partlayış törədilməsini təsdiqləyib
23:00
256

İsveç “Şimal axını” qaz kəmərlərində partlayış törədilməsini təsdiqləyib

İsveç iki həftə öncə "Şimal axını” kəmərlərində baş vermiş qaz sızıntısının partlayış nəticəsində olduğunu təsdiqləyib.

İsveçin Təhlükəsizlik Polisi hadisə yerində apardığı cinayət təhqiqat işlərindən sonra bu nəticəyə gəldiyini açıqlayıb.
Bildirilib ki, detonasiya İsveç iqtisadi zonasında olan hər iki boru kəmərində geniş zədəyə səbəb olub. Təhlükəsizlik Polisi aparılan təhqiqatın nəticələrinin təxribat törədilməsi ilə bağlı şübhələri gücləndirdiyini əlavə edib./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ