7NEWS.az xəbər verir ki, İtaliyanın Katanzaro sahillərindən təxminən 15 kilometr aralıda 40 metrlik superyaxta su almağa başlayıb. Yardım çağırışı üzərinə Avropa Sərhəd və Sahil Mühafizəsi adından bir Rumıniya gəmisi və daha bir patrul gəmisi bölgəyə göndərilib. Geliboludan yola düşərək Milazzoya gedən superyaxtanın 4 sərnişini və 5 ekipaj üzvü xilas edilib. Yedək gəmisi ilə limana çəkmək istəyərkən superyaxta tamamilə batıb.
7NEWS.az








