İtaliyanın hüquq-mühafizə orqanları Avropaya yüz milyonlarla avro dəyərində kokain keçirməyə cəhd edən cinayətkar qrupu zərərsizləşdirib.
Avropa Polis Agentliyi (Avropol) məlumat yayıb.
Məlumata görə, 300-ə yaxın polis "Ndrangheta” mafiyası ilə əlaqəli peşəkar cinayət sindikatının üzvlərinə qarşı reydlərdə iştirak edib. Bir neçə əyalətdə axtarışlar aparılıb, nəticədə 31 nəfər saxlanılıb, 7 milyon avro dəyərində sərvət müsadirə edilib.
İstintaq, həmçinin Cənubi Amerikadan Kalabriyaya iki ton ağırlığında kokainin çatdırılmasını təşkil edən cinayət başçılarını müəyyən etməyə imkan verib. Onlar da xüsusi əməliyyat zamanı saxlanılıblar./report
7NEWS.Az








