lombard

İtkin düşən azyaşlı qız qəfəsdə tapıldı - FOTO

İtkin düşən azyaşlı qız qəfəsdə tapıldı - FOTO

Rusiyanın Novosibirsk vilayətində iki gün əvvəl itkin düşən 10 yaşlı Alyona Kastalanova yataqxanaların birinin zirzəmisində qəfəsdə tapılıb.

Bu barədə "Komsomolskaya Pravda” məlumat verib.

Bildirilib ki, məktəbli qızı kinoloq  Aleksey Rassolov itinin yardımı ilə tapıb. Bir müddət sonra yataqxanaya  qızın atası və təcili yardım briqadası çağrılıb.

Məktəbli huşsuz vəziyyətdə olub. Onu xəstəxanaya aparıblar. Uşağın qəfəsə necə düşdüyü isə hələ də bəlli deyil.

Qeyd edək ki, Alyona yanvarın 15-də itkin düşüb. Uşaq dərsdən gec çıxdığı üçün atası onu qarşılayıb. Sonra onu evə yollayaraq, arvadı ilə birlikdə banka gedib.

Evə qayıtdıqda qızı tapmayıb, dərhal polisə məlumat veriblər.

Qızın atası bildirib ki, istintaq getdiyindən hüquq mühafizəçilər bu barədə danışmağı qadağan ediblər.

Hadisə ilə bağlı "yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi” maddəsi ilə cinayət işi açılıb.

 

 

7News.Az

Xəbər lenti