RU
İtkin düşən futbol agentinin cəsədi tapılıb
20:49
131

İtkin düşən futbol agentinin cəsədi tapılıb

Bir müddət öncə itkin düşən futbol agenti Dominik Yarvudun vəfat etməsi ilə bağlı xəbərlər yayılıb.

7NEWS.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, polis 32 yaşlı agentin axtarışları zamanı cansız cəsəd aşkarlayıb. Yarvud sonuncu dəfə çərşənbə gününün axşamı Vorsli ştatının Vudland Qrenc şəhərində tapılıb. Mançester polisi də agentin axtarışları zamanı cəsəd tapıldığını təsdiqləyib. Cəsədin şəxsiyyəti müəyyənləşdirilməsə də onun Yarvuda aid olduğuna inanılıdığı üçün ailəsinə məlumat verilib. İlkin istintaq zamanı agentin ölümündə heç bir şübhəli halın olmadığı bildirilib.

Yarvud Esseksdə yerləşəm Elit İdarəetmə Agentliyində işləyən və FİFA-da qeydiyyatdan keçmiş vasitəçi idi. "Mançester Siti"nin futbolçusu Kayl Uolker, "Kardiff"in və Uels yığmasının üzvü, Kieffer Mur, gənc ingilis futbolçu Konor Qallager, "Vest Bromviç"dən Ceyk Livermor kimi futbolçuların agenti olan Dom Şimali İrlandiya yığmasının sabiq futbolçusu Kayl Vassel, eləcə də "Blakpul"dan Marvin Ekpiteta və Keşi Anderson, o cümlədən müxtəlif futbolçularla əməkdaşlıq edib.

7NEWS.Az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ