RU
İzabel Akosta evində ölü tapıldı
14:00
25

İzabel Akosta evində ölü tapıldı

Meksikalı gənc futbolçu İzabel Akosta Ernandesin ölümü ilə bağlı araşdırmalar davam edir.

19 yaşlı qapıçı iyunun 9-da Sinaloa ştatının Masatlan şəhərində yerləşən evində huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları onun həyatını xilas edə bilməyiblər.

İlkin araşdırmalar zamanı meyit üzərində zorakılıq və ya boğulma əlamətlərinin aşkarlanmadığı bildirilib. Hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini müəyyənləşdirmək üçün istintaq tədbirlərini davam etdirir.

Qeyd edək ki, İzabel Akosta Ernandes qapıçı mövqeyində çıxış edirdi və qısa müddət əvvəl Meksika çempionatının üçüncü divizionunda mübarizə aparan komandalardan birinə transfer olunmuşdu.

Futbolçunun ölüm səbəbi hələlik açıqlanmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ