Rusiyada müğənnilik fəaliyyəti ilə məşğul olan Azərbaycan əsilli Bəxtiyar Məmmədov (Jah Khalib) son günlər Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun Tovuz rayonu istiqamətində təxribat cəhdinin qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun fotosunu paylaşıb.
7News.Az xəbər verir ki, o, "Instagram” hesabında paylaşdığı fotoya bu şərhi yazıb:
"General-mayor Polad Həşimovun simasında hazırkı vəziyyətlə bağlı bütün şəhidlərin ailələrinə dərin hüzün ilə başsağlığı verirəm”.
7News.Az








