Paris məhkəməsi 2018-ci ildə aktrisanın zorlanması işi üzrə qəbul edilmiş qərarla bağlı məşhur fransız aktyor Jerar Depardyenin apellyasiya şikayətinə baxacaq.
Bu barədə "Agence France-Presse" özəl mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Depardyenin vəkilləri qapalı məhkəmə iclasında öz dəlillərini təqdim edəcəklər. Aktyorun müdafiə tərəfi işə xitam verilməsinə nail olmağı planlaşdırır.
Qeyd edək ki, 2025-ci ilin avqust ayına aid qərara əsasən, Depardyenin Şarlotta Arnuldun zorlanması ittihamı ilə məhkəməyə cəlb edilməsi nəzərdə tutulur. 2025-ci ilin mayında isə Paris məhkəməsi başqa bir iş üzrə Depardyeyə 18 aylıq şərti həbs cəzası kəsmişdi. Kino ulduzu iki qadına qarşı cinsi qısnama hərəkətlərində təqsirli bilinmişdi. 2021-ci ildə "Les Volets Verts" filminin çəkiliş meydançasında Fransa kinosunun ulduzu 54 yaşlı dekorator-kostyumçuya və 34 yaşlı rejissor köməkçisinə qarşı dəfələrlə cinsi qısnama hərəkətləri edib. Depardye, həmçinin mənəvi zərərə görə zərərçəkmişlərin hər birinə min avro təzminat ödəməyə məcbur edilib.








