Kabil hava limanı atəşə tutulub.
Bu barədə ABŞ-ın Əfqanıstandakı diplomatik missiyasından bildirilib.
Hazırda Amerika vətəndaşlarının hava limanı vasitəsilə təxliyəsi aparılır.
"Hava limanında atəş açıldığına dair xəbərlər var. Bütün Amerika vətəndaşlarından sığınacaqlarda gizlənmələri tələb olunur”, - deyə məlumatda qeyd edilib.
"CNN” telekanalının verdiyi xəbərə görə, ABŞ hərbçiləri hava nəqliyyatının yaxşılaşdırılması üçün yaxın saatlarda Kabil hava limanını nəzarətə götürəcək.
7NEWS.Az








