RU
lombard
Kabildə güclü partlayış baş verib
19:30
374

Kabildə güclü partlayış baş verib

Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.

7NEWS.Az ""Amaj News”a istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, partlayış sərhəd polisi qərargahının binası ilə üzbəüz Dehmazanq rayonunda olub.

İlkin məlumatlara görə, zərərçəkənlər var, onların sayı dəqiqləşdirilməyib.

Daha əvvəl də Kabildə iki partlayış baş verib. İlk partlayış nəticəsində də zərərçəkənlərin olduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 15-də Əfqanıstanda intiharçı terrorçunun cümə namazı zamanı özünü partlatması nəticəsində 63 nəfər həyatını itirib, 80 nəfərdən çox insan xəsarət alıb.
 
 
7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ