RU
Kəmaləddin Heydərovun atası vəfat etdi - FOTO
10:00
740

Kəmaləddin Heydərovun atası vəfat etdi - FOTO

Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat, Parlamentin Hesablayıcı komissiyasının sədri Fəttah Heydərov dünyasını dəyişib.

O bu gün səhərə yaxın vəfat edib.

Qeyd edək ki, F.Heydərov Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun atasıdır.

Fəttah Heydərov 1938-ci il fevralın 23-də Naxçıvan MR-nın Babək rayonunun Çeşməbasar kəndində anadan olmuşdu.

Əmək fəaliyyətinə 1955-ci ildə Babək rayonu Güznüt kənd klubunun müdiri kimi başlayıb. 1958-ci ildən Çeşməbasar səkizillik məktəbinin müəllimi, 1968-ci ildən Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı, 1970-ci ildən Ordubad Rayon Partiya Komitəsinin ikinci katibi işləmiş, 1970-1990 –cı illərdə Naxçıvan şəhər və Ordubad rayon XDS-in deputatı seçilib.

1976-1978-ci illərdə Naxçıvan MSSR Əhaliyə Məişət Xidməti naziri işləyib.

1978-ci ildən Ordubad, 1986-cı ildən Culfa Rayon Partiya Komitəsinin I katibi, 1983-cü ildən Naxçıvan MR Mədəniyyət naziri olub.

1990-1995–ci illərdə Naxçıvan MR Ali Sovetinin deputatı olmuşdur. Azərbaycan Respublikası I (1995-ci il), II (2000-ci il), III (2005-ci il) IV (2010-cu il) çağırış Milli Məclisinin deputatı olub.

1 noyabr 2015-ci il tarixində Azərbaycan Respublikası V çağırış Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Hesablayıcı Komissiyasının sədri, Regional Məsələlər Komitəsinin sədr müavini kimi çalışıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri olub.

Allah rəhmət eləsin./Bakupost

https://parla.az/public/cloud/2020/08/parla_az_a7aa4b50564740614f5dfb219c616cb4_a9kruow8i3jz52lyx10h-768x512.jpg 768w, https://parla.az/public/cloud/2020/08/parla_az_a7aa4b50564740614f5dfb219c616cb4_a9kruow8i3jz52lyx10h.jpg 900w" sizes="(max-width: 300px) 100vw, 300px" style="box-sizing: border-box; border-width: 0px; border-style: initial; vertical-align: middle; max-width: 100%; height: auto; margin: 5px 20px 20px 0px;" />

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ