7News.az xəbər verir ki, milyard dollarlıq kosmetika dünyasının zirvəsində hər şeyi geridə qoyan e.l.f Cosmetics-in həmtəsisçisi Scott-Vincent Borba-nın hekayəsi gündəmə gəlib. Dəbdəbəli Hollivud həyat tərzində Paris Hilton və Kardaşyan ailəsi ilə eyni çevrənin üzvü olan Borba mənəvi çöküş yaşadıqdan sonra sərvətini atıb dinə üz tutub. 52 yaşlı keçmiş iş adamının bu aydan etibarən katolik keşişi kimi fəaliyyətə başlayacağı gözlənilir.








