RU
Kəskin ürək çatışmazlığından əziyyət çəkən Murada Mənsimov yardım etdi
17:10
688

Kəskin ürək çatışmazlığından əziyyət çəkən Murada Mənsimov yardım etdi

"Bizimləsən" verilişinə qatılan kəskin ürək çatışmazlığından əziyyət çəkən Murada "Palmali" şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov yardım edib.

7News.Az xəbər verir ki, bu barədə verilişin aparıcısı Zaur Baxşaliyev məlumat verib. Onun sözlərinə görə, Muradın bütün müalicə və əməliyyat pulunu Mübariz Mənsimov öz üzərinə götürüb:

"Murada dünən Azərbaycanın dəyərli oğlu Mübariz Mənsimov dəstək oldu. Sonsuz təşəkkürümüzü bildiririk. Səsimizə səs verən hər bir Azərbaycanlıya eşq olsun! Harada yaşamasından asılı olmayaraq, bizimləsən deyə bilən hər kəs var olsun. Bizimləsən aksiyalarında bu günə qədər milyonlarla insan iştirak edib, onlarla balamızı ölümdən xilas ediblər! Bizim üçün önəmli olan o balaların xilası və yaşamasıdır və bu işdə bizə dəstək olan hər kəsə təşəkkür edirik! Murada bu güne qədər dəstək olan xalqımız var olsun! 27 min manat sizdən toplandı, yerdə qalan 56 min manat ve bütünlükdə Muradın müalicə və əməliyyat xərclərini Palmali Şirkətlər qrupu öz üzərinə götürdü! Səsimizə səs verdiyiniz üçün var olun!"

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ