RU
Kim Çen In taktiki nüvə silahlarının kütləvi istehsalına çağırıb
12:45
1473

Kim Çen In taktiki nüvə silahlarının kütləvi istehsalına çağırıb

 
Şimali Koreya lideri Kim Çen In taktiki nüvə silahının kütləvi istehsalına çağırıb.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə "Reuters" Koreya Mərkəzi İnformasiya Agentliyinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Şimali Koreya lideri döyüş başlıqlarının sayını artırmağa çağırıb.

Kim Çen In nüvə başlıqlı ballistik raket hazırlamağı əmr edib. KXDR rəhbəri əlavə edib ki, yaxın vaxtlarda Pxenyan hərbi peyk buraxacaq.
 
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ