Türkiyədə kişi mübahisə etdiyi həyat yoldaşını uşqlarının gözü önündə qətlə yetirib.
7News.Az Sonxeber.az-a istinadən xəbər verir ki, Pendikdə 4 uşaq anası Arzu İlhan Koca birinci həyat yoldaşından ayrıldıqdan sonra ikinci dəfə Göksal Koca ilə ailə qurub.
Bir neçə gün öncə Arzu İlhan Koca hələləlik məlum olmayan səbəbdən Göksal Koca ilə mübahisə edib.
Arzu İlhan Koca əvvəl də aralarında mübahisə olduğu üçün Göksal Koca ilə bağlı evdən uzaqlaşdırma qərarı çıxartdırıb.
Göksal Koca uzaqlaşdırma qərarına baxmayaraq, evə zorla girib və Arzu ilə yenidən mübahisə etməyə başlayıb. Mübahisənin böyüməsi nəticəsində Göksal Koca üzərindəki bıçaqla Arzu İlhana bir neçə dəfə zərbə endirib.
Qadının qan içində yerə yıxıldığını görən Göksal hadisə yerindən qaçıb.
Qışqırıq səsini eşidən qonşular polisə və təcili tibbi yardıma xəbər veriblər.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri Arzu İlhan Kocanın öldüyünü bildiriblər.
Həyat yoldaşını bıçaqladıqdan sonra evdən qaçan Göksal Koca isə bir neçə saatdan sonra könüllü olaraq polisə təslim olub.


7News.Az








