RU
KİV: Aİ Ukraynadakı vəziyyətin danışıqlar yolu ilə həlli üçün çağırış edib
21:00
30

KİV: Aİ Ukraynadakı vəziyyətin danışıqlar yolu ilə həlli üçün çağırış edib

Avropa İttifaqı (Aİ) BMT Baş Assambleyasının (BA) qətnamə layihəsinə Ukrayna məsələsində Rusiya ilə danışıqların əlavə olunmasına çağırış edib.

7NEWS.Az xəbər verir ki, bu barədə "EUobserver” məlumat yayıb.
Aİ bütün üzv ölkələri və beynəlxalq təşkilatları Ukraynadakı vəziyyətin siyasi dialoqlar və danışıqlar yolu ilə de-eskalasiyası üçün çağırışlar edib: "Bütün üzv ölkələri və beynəlxalq təşkilatları, o cümlədən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) və digər regional və beynəlxalq təşkilatları Ukraynadakı vəziyyətin de-eskalasiyasını dəstəkləməyə çağırırıq”.

Müraciətdə həmçinin qeyd olunur ki, bu məsələ öz həllini Ukraynanın suverenliyinə və onun beynəlxalq hüquqla, BMT prinsipləri ilə tanınan sərhədləri çərçivəsindəki ərazi bütövlüyünə hörmət edilərək, siyasi dialoqlar, danışıqlar, vasitəçilik və digər sülh yaratma tədbirlərinin köməyi ilə tapmalıdır.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ