Ukraynanın Almaniyadakı yeni səfiri müəyyənləşib.
7NEWS.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə alman telekanalı RTL məlumat yayıb.
Bildirilib ki, keçmiş səfir Andrey Melniki Berlində 47 yaşlı Aleksey Makeyev əvəz edəcək.
Onun bir həftə sonra Almaniya XİN-ə təqdim ediləcəyi qeyd olunub.
Qeyd edək ki, Almaniyanın "bild” qəzeti bir müddət əvvəl Melnikin Ukrayna xarici işlər nazirinin müavini vəzifəsinə gətiriləcəyini yazmışdı.
7NEWS.Az








