RU
KİV: “Vaqner” Şimali Koreyadan silah alıb”
00:30
1014

KİV: “Vaqner” Şimali Koreyadan silah alıb”

Moskvaya bağlı "Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) Ukraynadakı Rusiya qoşunlarını dəstəkləmək üçün Koreya Xalq Demokratik Respublikasından (KXDR) silah partiyası alıb.

Bu barədə amerikalı yüksəkranqlı məmur bildirib.

"Biz təsdiq edə bilərik ki, Şimali Koreya avadanlıqların ödənişini edən "Vaqner” şirkətinə ilkin silah tədarükünü başa vurub. Ötən ay Şimali Koreya "Vaqner” tərəfindən istifadəsi üçün Rusiyaya raket və mərmilər çatdırıb”, - mənbə bildirib.

ABŞ-ın qiymətləndirməsinə görə, KXDR-in tədarük etdiyi silahların sayı Ukraynadakı hərbi əməliyyatların dinamikasını dəyişməyəcək.

"Lakin biz Şimali Koreyanın "Vaqner”ə daha çox hərbi texnika tədarük etməyi planlaşdırmasından narahatıq”, - məmur əlavə edib./report

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ