RU
Kiyev
10:50
43

Kiyev "İsgəndər"lə vuruldu: 7 ölü, 24 yaralı var

Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə hücum təşkil edib.

7News.Az xarici mətbuata istinadən xəbər verir ki, hücum nəticəsində azı 7 nəfər həyatını itirib, daha 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hücum zamanı şəhərin müxtəlif ərazilərində güclü partlayış səsləri eşidilib. Bildirilir ki, Qoloseyev rayonunda yerləşən hərbi anbarlardan birinə zərbə endirilib və hadisədən sonra ərazidə sıx tüstü müşahidə olunub.

Məlumatlara əsasən, Kiyev istiqamətinə "Kalibr", "Geran", "Sirkon" və "İsgəndər" tipli raketlər buraxılıb.

Bundan başqa, Kiyev Su Elektrik Stansiyasının yerləşdiyi əraziyə, eləcə də Çerniqov şəhərinə də zərbələrin endirildiyi bildirilir.

Hücumun nəticələri və dəyən ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ