RU
DİM: II və III qrupları üzrə qəbul imtahanının nəticələri 2 həftə sonra elan ediləcək
10:40
59

DİM: II və III qrupları üzrə qəbul imtahanının nəticələri 2 həftə sonra elan ediləcək

5 iyul 2026-cı il tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (II ixtisas qrupu, III ixtisas qrupu), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ