RU
Kiyevə atılan raketlərdən biri Zelenskinin ofisinin yaxınlığında partlayıb
11:10
132

Kiyevə atılan raketlərdən biri Zelenskinin ofisinin yaxınlığında partlayıb

Bu gün Ukraynanın paytaxtı Kiyev şəhəri raket atəşinə tutulub və şəhərin müxtəlif hissələrində partlayışlar qeydə alınıb.

7News.Az APA-ya istinadən bildirir ki, Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko "Twitter" hesabında raketlərdən birinin şəhərin Vladimirskaya küçəsinə düşdüyünü yazıb.

Qeyd edək ki, həmin küçədə Ukrayna Təhlükəsizlik Xidmətinin binasının və Vladimir Zelenskinin ofisinin yerləşdiyi bildirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ