Rusiyanın Ukraynanın paytaxtı Kiyevə kamikadze dronlarla hücumundan sonra şəhərin bir hissəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
7News.Az UNIAN-a istinadən xəbər verir ki, hücum nəticəsində Kiyevdə inzibati bina yanıb.
İtki olub-olmaması barədə hələ məlumat yoxdur.
08:31
Ukraynanın paytaxtı Kiyev şəhəri kamikadze dronları ilə hücuma məruz qalıb.
Bu fikirləri Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak özünün teleqram-kanalında bildirib.
"Bizə mümkün qədər tez, daha çox hava hücumundan müdafiə sistemləri lazımdır. Bizim yavaş hərəkət etməyə vaxtımız yoxdur. Səmanı qorumaq üçün daha çox silah lazımdır”, - A.Yermak yazıb.
Kiyevin meri Vitali Kliçko şəhərin Şevçenko rayonunda partlayışların baş verdiyini açıqlayıb.








