Sumqayıtda köməksiz vəziyyətdə qalmış 2 uşaq xilas edilib.
7news.Az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi səbəbindən mənzildə köməksiz vəziyyətdə qalıb.
Sumqayıt Regional Mərkəzinin xilasediciləri həmin ünvana gələrək qapının açılmasını təmin ediblər.
7news.Az








