RU
Konqonun Fransadakı səfiri külli miqdarda mənimsəmədə şübhəli bilinərək geri çağırılıb
10:40
80

Konqonun Fransadakı səfiri külli miqdarda mənimsəmədə şübhəli bilinərək geri çağırılıb

Konqo Demokratik Respublikasının (KDR) Xarici İşlər Nazirliyi Parisdəki səfiri İzabel Çombeni külli miqdarda maliyyə mənimsənilməsində iştirakda şübhə bilinməsi ilə əlaqədar geri çağırıb.

Bu barədə şənbə günü Konqonun "Actualite" xəbər portalı məlumat yayıb.

Məlumata görə, KDR hökumətinin idarələrarası komissiyası tərəfindən aparılan audit nəticəsində 2022-ci ilin yanvarından noyabrına qədər Fransadakı səfirliyin büdcəsində 1,8 milyon avronun yoxa çıxması aşkar edilib. Səfirə yanvarın 15-dək KDR-ə qayıtmaq tapşırılıb.

Öz növbəsində İzabel Çombe ittihamların həqiqətə uyğun olmadığını iddia edib və bunu sübut etmək niyyətində olduğunu bildirib./report

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ