Peru prezidenti Pedro Kastilyo dövlət çevrilişində ittiham etdiyi Konqresi buraxıb və yeni seçkilərin keçiriləcəyini açıqlayıb. Bu qərardan sonra Konqres tərəfindən impiçment elan edilən Kastilyo nəzarətə götürülüb.
7NEWS.az xəbər verir ki, sosialist Peru prezidenti Pedro Kastilyo onu vəzifəsindən uzaqlaşdırmağa qərar verən Konqresi hökuməti devirməyə cəhddə ittiham edib. Kastilyo Konqresin buraxıldığını və fövqəladə hökumətin qurulduğunu elan etdi. Konstitusiya Məhkəməsinin sədri Fransisko Morales heç bir hüquqi əsası olmadığını dediyi qərarı dövlət çevrilişi kimi qiymətləndirib. Morales deyib ki, konstitusiyaya görə, Kastilyonun qərarını dəstəkləməyən vitse-prezident Dina Boluarte bu vəzifəyə keçməlidir. Daha sonra Kastilyo nəzarətə götürülüb.
7NEWS.az








