RU
Koronanın Çində laboratoriyada yarandığını deyən virusoloqu öldürmək istəyirlər
14:40
213

Koronanın Çində laboratoriyada yarandığını deyən virusoloqu öldürmək istəyirlər

ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin keçmiş direktoru, virusoloq Robert Redfield koronavirusun Vuhan laboratoriyasından yayıldığını iddia edən ilk şəxsdir.

O, bu iddialardan sonra çoxsaylı ölüm təhdidlərinə məruz qalıb.

"İddiadan sonra həyatım kabusa çevrildi. Başqa bir fərziyyə irəli sürdüyüm üçün məni təkləyir və ölümlə təhdid edirlər. Bunun siyasətçilər tərəfindən edilməsini gözləyirdim, elm tərəfindən deyil. Digər insanlar mənə inanmaya bilər, problem deyil, onsuz da elm sonda bunu sübut edəcək",-deyə virusoloq qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ