RU
Koronavirusdan ölən xalq artistinin oğlu: “Testdən keçmişəm” - AÇIQLAMA
15:38
281

Koronavirusdan ölən xalq artistinin oğlu: “Testdən keçmişəm” - AÇIQLAMA

Mərhum Xalq artisti Teymur Mustafayevin oğlu Seymur Mustafayevin koronavirusa yoluxması xəbəri yayılıb.

Bu məlumatı ATV telekanalında yayımlanan "Bizimləsən” sosial-ictimai proqramının aparıcısı Zaur Baxşəliyev canlı efirdə verib.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı S.Mustafayevlə əlaqə saxlayıb.

O, barəsində yayılan xəbərin yalan olduğunu bildirib:

"Koronavirusa yoluxmamışam. Bu xəbəri özlərindən uydurublar. Belə bir şey yoxdur. Başımız hazırda atamın dəfn işlərinə qarışıb.

Yalan xəbərləri yayıb, qohum-əqrəbamızı da təşvişə salıblar. Testdən keçmişəm və nəticəsi neqativ çıxıb. Bir daha xahiş edirəm, hansısa məlumatı yayanda dəqiqləşdirsinlər”.

 

Qeyd edək ki, Xalq artisti Teymur Mustafayev iyunun 11-də koronavirusdan vəfat edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ