Koronavirusdan sağalan əməkdar artist Bəhram Bağırzadə evə buraxılıb.
Bu barədə aktyor Cabir İmanov instaqram hesabında foto paylaşaraq post yazıb. O, Bəhramla görüntüləndiyi fotonu paylaşaraq:
"Allahın bu günkü gününə çox şükür! Bəhramın sağalmasında əməyi olan başda ölkə rəhbərliyi olmaqla, bütün tibb heyətinə, hamıya təşəkkür edirik. Allah bütün xəstələri ailələrinə qovuşdursun! Həmişə ayaq üstə" sözlərini yazıb.