RU
lombard
Koronavirusla bağlı hekayə müsabiqəsi elan edildi
17:20
162

Koronavirusla bağlı hekayə müsabiqəsi elan edildi

Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyi (AYB) ilə birgə koronavirus pandemiyası ilə mübarizə mövzusunda hekayə müsabiqəsi elan edib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, müsabiqənin təşkilində əsas məqsəd koronavirus pandemiyasının yaratdığı bəşəri problemlərin və ölkəmizdə bu epidemiyaya qarşı aparılan mübarizənin ədəbiyyat mövzusuna çevirməklə gələcək nəsillərə bədii formada çatdırılması, özündə sosial məsuliyyəti, epidemiyanın təhlükəsi və infeksiyadan qorunmaq barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi və yaradıcı potensialı olan hər kəsi müsabiqəyə cəlb etməklə mövzu baxımından yeni hekayələrin yazılmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

 

Hekayələrin mövzusu tibb işçilərinin koronavirus infeksiyası ilə apardığı mübarizəni, pandemiya ilə əlaqədar həyatları risk altında olan digər peşə sahiblərinin fəaliyyətini, karantin və izolyasiya tədbirləri ilə bağlı əhalinin göstərməli olduğu sosial məsuliyyəti, dövlətimizin mövcud situasiya ilə əlaqədar həyata keçirdiyi tədbirləri, epidemiyanın yaratdığı bəşəri problemləri və digər aktual məsələləri əhatə etməlidir.

Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır.

Müsabiqəyə 25 000 (iyirmi beş min) işarədən artıq olmayan hekayələr qəbul olunur.

Hekayənin mətni üçün tələblər – şriftin qarnituru "Arial” 12, sətirarası interval 1, faylın formatı "doc.” A4.

Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir.

Ən yaxşı hekayələr "Radio Antenn” 101 FM-də yayımlanan "Canlı kitab” verilişində səsləndiriləcək.

Mükafatlar:

Birinci yer – I dərəcəli diplom və 2 000 manat;

İkinci yer – II dərəcəli diplom və 1 500 manat;

Üçüncü yer – III dərəcəli diplom və 1 000 manat;

İki həvəsləndirici mükafat – xüsusi diplom və 500 manat;

Müsabiqənin müddəti:

Müsabiqəyə hekayələrin qəbulu 29 may 2020-ci il tarixində sona çatacaq.

12 iyun 2020-ci il tarixinədək qaliblərin mükafatlandırılması təşkil olunacaq.

Əlavə məlumat üçün müraciət edə bilərsiniz:

Tel.: (051) 359 19 19

(050) 563 05 65

İştirakçılar tərəfindən hekayələr bu elektron poçt ünvanına göndərilməlidir: [email protected]

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ