RU
Koronavirusun sürətlə yayıldığı İrandan dəhşətli görüntülər - VİDEO
17:10
484

Koronavirusun sürətlə yayıldığı İrandan dəhşətli görüntülər - VİDEO

Koronavirusla əlaqədar Çindən sonra ən çox itki verən İranda çəkilən kadrlar ölkədəki vəziyyətin ağır olduğunu göstərir.

"Son Dakika”nın məlumatına görə, görüntülər Qum şəhərində xəstəxanaların birində qeydə alınıb.

Kadrlarda döşəmədə və masaların üzərində onlarla cəsəd görünür. Videonun müəllifi koronavirusdan ölən adamlar üçün yer tapılmadığını və meyitlərin xəstəxanalarda yığılıb qaldığını bildirib. O, İran hökumətinin koronavirusla bağlı rəqəmləri gizlətdiyini vurğulayıb.

Qeyd edək ki, rəsmi məlumatlara görə İranda koronavirusdan 77 nəfər ölüb, 2336 nəfər epidemiyaya yoluxub.

Ölkədə təşviş yaradan digər məsələ isə 290 kürsülü parlamentdə 23 deputatın koronavirusa yoluxmasıdır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ