RU
lombard
Koronavirusunun yeni simptomu aşkar olundu
16:00
260

Koronavirusunun yeni simptomu aşkar olundu

Koronavirusun bu günə qədər bilinməyən yeni simptomu aşkar edilib.

"Hürriyet” xəbər verir ki, ABŞ-ın Oftalmologiya Akademiyasının apardığı araşdırmanın nəticələrinə görə, koronavirusa yoluxmuş hər 30 xəstədən birində gözün iltihablı axıntı, "çəhrayı göz” adlandırılan konyunktivit müəyyən olunur.

Akademiya "çəhrayı göz” konyunktivitinin koronavirusun əlaməti kimi nəzərə alınmalı olduğunu qeyd edib.

Konyunktivit göz axını və göz qapaqlarının içərisini əhatə edən şəffaf toxuma iltihabı kimi təsvir olunur.

Mütəxəssislər konyunktivitli insanlara hərarət və nəfəs almaqda çətinlik çəkirlərsə, həkimə müraciət etmələri barədə xəbərdarlıq ediblər.

Araşdırma nəticəsində 20-44 yaş qrupunda xəstələrin çoxunun koronavirusdan sağaldığının məlum olduğu bildirilir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin statistikasına görə, bu yaş qrupunda 705 yoluxma hadisəsinin aşkar edildiyi, onların 21 faizinin xəstəxanalarda müalicə edildiyi, 2-4 faizinin reanimasiyaya yerləşdirildiyi ​​və 0,2 faizinin öldüyü qeyd edilir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ