RU
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:50
32

Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib

Portuqaliya sahillərində Atlantik okeanında keçirilən beynəlxalq əməliyyat zamanı 2,6 tondan çox kokain müsadirə olunub.

Bu barədə məlumat yayan "Reuters" müsadirə edilən kokainin topdansatış dəyərinin təxminən 78 milyon avro (pərakəndə qiyməti 500 milyon avro) təşkil etdiyini qeyd edib.

Agentliyin İtaliya sərhəd və gömrük polisinin məlumatına istinadən yaydığı xəbərə görə, kokain Cənubi Amerikadan gələn iri gəmilərdən dənizə atılan qanunsuz yüklərin götürülməsi üçün istifadə olunan yüksək sürətli qayıqda aşkarlanıb.

Əməliyyat zamanı qayıqda olan dörd nəfər – iki İspaniya vətəndaşı, Cəbəllütariq sakini və İtaliyada yaşayan bir Albaniya vətəndaşı saxlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ